Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib.

Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev sakinlərlə görüşüb.

Sonra Mərdəkan-Qala avtomobil yolunun tikintisi layihəsi barədə məlumat verilib.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.