Türkiyənin Antalya şəhərində keçirilən qadınlar arasında şahmat üzrə fərdi Avropa çempionatı başa çatıb. Avropa çempionatı millimiz üçün uğurlu alınıb. 

Unikal.org xəbər verir ki, qitə birinciliyinin son turu maraqlı oyunla yadda qalıb. Türkan Məmmədyarova da 2020-ci ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. 

Üç övladı olan Türkan Məmmədyarov karyerasının bugünə qədərki ən böyük uğurunu qazıb. T.Məmmədyarovanı qardaşı qrossmeyster Şəhriyar Məmmdyarov da təbrik edib. "Şah" ləqəbli şahmatçımız bacısının uğruru ilə bağlı belə yazıb: 

"Qadınlar arasında keçirilən şahmat üzrə Avropa birinciliyində bacım Türkan Məmmədyarova finala vəsiqə qazanıb. Bu bizim ailənin uğurudur".