19 May 2019
18 May 2019
Hikmət Babaoğlu Yayım Şurasının yeni üzvlərindən DANIŞDI
Hikmət Babaoğlu Yayım Şurasının yeni üzvlərindənDANIŞDI CƏMİYYƏT 15:54 2019-04-23

“Hazırkı mərhələdə informasiya cəmiyyətimizdə əlahiddə statusa malik vasitəyə çevrilib. Ona görə də, Azərbaycanın efir məkanının keyfiyyətinin yaxşılaşdırılması, ictimai, mədəni, mənəvi münasibətlərinin efir vasitəsilə  həm özümüzə yenidən təqdim olunması, həm də dünyaya tanıdılması mühüm əhəmiyyət kəsb edir”.

Unikal.org xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.
 
Hikmət Babaoğlu bildirib ki, hazırda Azərbaycan televiziyalarının efirində yeni keyfiyyət dəyişiklikləri baş verməkdədir. Onun sözlərinə görə, bəzən yenilik, keyfiyyət dəyişikliyi dedikdə, daha formal xarakterli,  estetik tərəfdən dəyişikliyə üstünlük verilir:

“Təbii ki, bu da olmalıdır. Ancaq əsas məsələ efirdəki verilişlərin məzmununun keyfiyyətinə dəyişiklik etməkdir ki, bu da çox əhəmiyyətli məsələdir. Ona görə də, bu istiqamətdə İTV  əlahiddə statusa və missiyaya malikdir. Çünki onu digərlərindən fərqləndirən məxsusi cəhətləri var. Eyni zamanda, İctimai Televiziyada bu istiqamətdə görüləsi işlər də çoxdur. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına yeni üzvlərin siyahısına baxdıqda, bu şəxslərin bir çoxlarının fəalyyəti ilə yaxından tanışam. Burada  ölkənin idman həyatında mühüm rol oynayan şəxslər var. Onlardan Yusif Babanlı və Orxan Muxtarov mənim seçildiyim rayonun ərazində çalışırlar və fəaliyyətləri ilə yaxından tanışam. Eləcə də, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova Azərbaycan musiqi tarixini dərindən bilir, musiqi mədəniyyətimizi təqdim etməyi bacaran bir şəxsdir".

Hikmət Babaoğlu qeyd edib ki, efir məkanında mənəvi dəyərlərin qorunması, təbliği, bununla bağlı süjetlərin, filmlərin yaradılması  çox vacibdir:

"Bu gün din Azərbaycan cəmiyyətinin əsas tərkib hissəsi olmaqla cəmiyyətdəki davranışlarımızın, mənəvi dəyərlərimizin keyfiyyətini müəyyənləşdirir. Prezident İlham Əliyev qeyd edir ki, bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir. Bu baxımdan, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev İTV-nin işinin bu istiqamətdə qurulmasına köməklik göstərəcək”.