19 May 2019
18 May 2019
ATMU-nun dekanı beynəlxalq tədbirdə - FOTO
ATMU-nun dekanı beynəlxalq tədbirdə- FOTO CƏMİYYƏT 17:34 2019-04-23

18-20 aprel 2019-cu il tarixində Türkiyə Respublikasının Eskişehir Osmangazi Universiteti Turizm Fakültəsi tərəfindən təşkil edilən və TİKA, Eskişehir Böyükşəhər Bələdiyyəsi, Tepebaşı Bələdiyyəsi, İnönü Bələdiyyəsi, Xan Bələdiyyəsi, Mahmudiye Bələdiyyəsi, Seyitgazi Bələdiyyəsi və The Hunger Cafe Brasserie tərəfindən dəstəklənən “Türk Dünyası Turizm Fakültələrinin Strateji Əməkdaşlıq Seminarı” keçirilib.

Unikal.org-un xəbərinə görə, seminarın işinə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistanda Turizm sənayesi üçün kadr hazırlayan ali məktəblərin  nümayəndələri  qatılıb. Ölkəmizi bu tədbirdə ATMU-nun “Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı, dosent Bahadur Bilalov təmsil edib. 

Aprelin 18-də  Eskişehir Osmangazi Universitetinin Turizm fakültəsinin çoxməqsədli salonunda keçirilən tədbirin açılışına ali məktəbin rəhbər işçiləri və tələbələri, bələdiyyə başqanları, KİV nümayəndələri dəvətli idi. Açılışda Universitetin prorektoru professor Əli Arslantaş, Turizm fakültəsinin dekanı professor Yaşar Sarı, Eskişəhərdəki Anadolu Universiteti Turizm fakültəsinin dekanı, professor Oqtay Emir çıxış etdilər. Nümayəndələr adından çıxış edən Bahadur Bilalov təşkilatçılara minnətdarlığını bildirərək tədbirə uğurlar arzulayıb.Sonra ölkələrin turizm potensialı haqqında videoçarxların nümayişi və təmsilçisi olduqları ali məktəblərin təqdimatı keçirilib.  

Tədbirin 2-ci günü Eskişəhərin İnönü qəsəbəsi Bələdiyyəsinin iclas zalında keçirilib. Yeni bələdiyyə başqanı seçilən Kadir Bozqurt Azərbaycan, Özbəkistan və Türkmənistanda iş səfərində olduğunu və bu ölkələrə heyran qaldığını diqqətə çatdırıb. Çoxsaylı nümayəndələr Qurtuluş savaşının qəhrəmanlarından olan İsmət İnönünün döyüş qərargahını ziyarər ediblər. Xatirə kitabına ürək sözlərini yazıblar. 

Tədbirin yekununda iştirakçılar “Mövlanə” proqramı çərçivəsində əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi, birgə konfransların təşkili və ixtisas müəllimlərinin staj keçməsinin təşkili, müştərək tədris planlarının hazırlanması,Turizmə dair türk dünyası ensiklopediyasının hazırlanması,qarşılıqlı təcrübənin öyrənilməsinə dair razılığa gəliblər.


  • ATMU-nun dekanı beynəlxalq tədbirdə- FOTO
  • ATMU-nun dekanı beynəlxalq tədbirdə- FOTO
  • ATMU-nun dekanı beynəlxalq tədbirdə- FOTO