19 May 2019
18 May 2019
Azərbaycan və Rusiya prezidentləri Pekində görüşəcəklər
Azərbaycan və Rusiya prezidentləri Pekində görüşəcəklər SİYASƏT 18:50 2019-04-23

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Pekində görüşəcəklər.

Unikal.org-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuriy Uşakov bildirib. O, görüşdə ikitərəfli əlaqələr və digər beynəlxalq məsələlərlə bağlı dialoqun aparılacağını deyib.  

Qeyd edək ki, aprelin 26-27-də Çinin paytaxtı Pekində “Bir kəmər, bir yol” forumu keçiriləcək.