Ucar rayonunda bacı psixi problemlərdən əziyyət çəkən qardaşını illərdir toyuqlarla birgə zirzəmidə saxlayır.

Unikal.org xəbər  ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşıb.
Həmin paylaşımı  təqdim edirik:
“Onun ruhu xəstə ola bilər. Bəs digər ruhu xəstə olub,onu bu hala salan ruhu xəstə bacını görən RUHU SAĞLAM insanlar hardadır??? Ucar rayonu Qarabörk kənd sakinidir bu insan,bu vətəndaş... Amma ruhu xəstədir,yəni daha düzgün anlamağınız üçün- psixi xəstədir... Amma insandır ilk öncə!!! 25 ildir ki, psixi xəstə olan ancaq kənd əhalisi arasında," sən allah,xatasın bizdən çəksin!!" mifi ilə özünə haqq qazandırıb,digər psixoloji problemi olan qardaşını da 9 il öncə ata mülkündən uzaqlaşdıran,bütün kəndə "meydan" oxuyan "BACI" var!!! Bu "bacı" məxluq 1-ci qrup əlilliyi olan bu qardaşını illərdir ki, zirzəmidə,toyuqlarla bir yerdə saxlayır!!! Son illərədək hələ qapıya qıfıldan əlavə zəncir də vururmuş... Bilirsimiz niyə??? O xəstə qardaş birdən "ağıllanardı" onun adına aldığı pensiya əlindən çıxardı!!! Ən yaxşısı elə zirzəmidə qıfıllı qalsın!!!- deyib...
Bütün kənd bilib,susub, aidiyyatı qurumlara deməyib!!! Və indi bu adamla bağlı "Xəzər" TV-də Xoşqədəm Baxşəliyevanın  “Səni axtarıram” proqramında işıqlandıranda nə deyəcəyik??? Aaa, bu nədi??? Şoudu bu!!! Bunumu deyəcəyik??? Gəlin gözlərimizi açaq və insanların taleyinə şou kimi baxmayaq... O ruhu xəstənin taleyini yaşamağı indi allah bizə nəsib etməyib!!! Amma bu Allahın əlindədir,bir anda ruhumuzda dəyişikliyi də Allahım edə bilərsə??? Heç olmasa bundan sonra bu ruhda olan insanlar haqqında aidiyyatl qurumlara dərhal xəbər verək ki, sonra öz ruhumuz " xəstələnməsin...”