23 İyul 2019
22 İyul 2019
"Qəbələ" "Qarabağ"ı uddu, Sumqayıtda heç-heçə
"Qəbələ" "Qarabağ"ı uddu, Sumqayıtda heç-heçə İDMAN 20:45 2019-04-23

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilir.

Unikal.org xəbər verir ki, final uğrunda mübarizəyə Qəbələdə start verilib. Şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edib. Bu mövsüm Premyer Liqada keçirilən 4 oyunun hamısında "qırmızı qaralar"a qalib gələn Qurban Qurbanovun komandası kubok matçında rəqibinə məğlub olub. Bununla da "Qəbələ" 1 həftə sonra keçiriləcək cavab görüşü öncəsi minimal hesablı üstünlük qazanıb.

Günün digər oyununda isə "Zirə" "Sumqayıt"ın qonağı olub. Premyer Liqamızda uğursuz mövsüm keçirilən komandaların görüşündə qol olmayıb.