Kəlbəcər rayonunda zəlzələ baş verib.

Bu barədə Unikal.org-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.  

Təbii fəlakət aprelin 24-də yerli vaxtla saat 11:15-də Gəncə seysmoloji stansiyasından 60 kilometr cənubda Kəlbəcər ərazisində 10 kilometr dərinlikdə baş verib. 

Maqnitudası 3,4 olan zəlzələ hiss olunmayıb.