Şimali Koreya lideri Kim Jong-Un qatarla Rusiyaya gəlib.

Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, uzaq şərqində, Şimali Koreya ilə sərhəddə yerləşən Vladivostoka səfərə gələn Kim Jong-Un prezidenti Putinlə görüşəcək. Görüşdə Koreya yarımadasının "nüvə problemləri" müzakirə ediləcək.

Zirehli qatardan düşən KXDR rəhbərini milli geyimlərdə olan rus qızları əllərində duz-çörəklə qarşılayaraq ona gül dəstəsi təqdim ediblər.

Qeyd edək ki, ekspertlər hesab edirlər ki, Kim Jong-Un ABŞ prezidenti Donald Trump-la uğursuz danışıqlardan sonra dəstək axtarır.