Bakıda yaşayış binasının su sayğacları oğurlanıb.

Unikal.org xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.Belə ki, İnşaatçılar prospektində  yerləşən binadan su sayğacları oğurlanıb. Sayğacların oğurlanmasından sakinlər evə su gəlməyəndə xəbər tutublar.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinə müraciət edilib və araşdırma aparılır.