19 Avqust 2019
18 Avqust 2019
Bakıda AİLƏ DRAMI: Arvadını bıçaqladı, özünü dənizə atdı
Bakıda AİLƏ DRAMI:Arvadını bıçaqladı, özünü dənizə atdı KRİMİNAL 16:23 2019-04-24

Bakının Xəzər rayonunda ailə dramı yaşanıb.

Unikal.org xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Aprelin 23-də saat 11:25 radələrində Mərdəkan qəsəbəsində 37 yaşlı Dədəcanov Natiq İlham oğlu münaqişə zəminində həyat yoldaşı Dədəcanova Vüsalə Tofiq qızına iki bıçaq zərbəsi vurub.

Nəticədə qadın 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisədən sonra Natiq Dədəcanov Səbail rayonunda Dəniz Vağzalı ərazisində intihara cəhd edib. N.Dədəcanovu Su nəqliyyatında polis idarəsinin əməkdaşları xilas ediblər.

O, ilkin izahatında bildirib ki, hadisə zamanı affekt halında olub və çox peşmandır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.