Xəzər dənizinin Qızılağac körfəzində aparılan çöl tədqiqat işlərinin nəticələri açıqlanıb.

AMEA Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, antropogen təsirlər nəticəsində Kiçik Qızılağac körfəzinin ekoloji vəziyyətinin çox pis hala düşdüyü məlum olub. Sahil zonaları plastik və digər tullantılarla zibilləndirilib. Dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xətti 100-200 m məsafədə formalaşıb.

Qızılağac körfəzi ərazisində havanın çoxillik temperaturu (1991-2016-cı illər üçün) (14,8 dərəcə) normadan (1961-1990-cı illər) (14,1 dərəcə) 0,7 dərəcə çoxdur. Ərazidə yağıntıların artması müşahidə edilir.

Belə ki, norma 1067 olduğu halda 1991-2016-cı illərdə at