Sumqayıtda qətl hadisəsi törədilib.

Unikal.org-un məlumatına görə, şüşə qab istehsal edən zavodlardan birində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlu işlədiyi zavodda iş yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisənin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.(report)