Azərbaycandan Həcc ziyarətinə getmək üçün 500-dən çox insan müraciət edib. 

Unikal.org xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Bildirilib ki, hazırda sənəd qəbulu davam edir.
"Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək istəyən hər kəs bu arzularını reallaşdıra biləcək". 

Qeyd edək ki, bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.