MDB Daxili İşlər Nazirləri Şurasının növbəti görüşü 30 may – 1 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.

Unikal.org xəbər verir ki, bu barədə respublikanın DİN nümayəndəsinə istinadən RİA "Novosti" məlumat yayıb.

Bu gün Daşkənddə Birlik ölkələrinin hüquq-mühafizə orqanları ekspertlərinin müşavirəsi olub. İştirakçılar Şuranın iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələri iştirak ediblər.