Zaqatalada meşəlik ərazidə silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mətbiat xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, aprelin 25-də Zaqatala Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizlik  Xidmətinin şimal-qərb regional mərkəzinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirlər zamanı rayonun Kəbəloba kəndi ətrafında yerləşən meşəlik ərazidə şübhəli bağlama aşkar edilib.  Həmin bağlamaya baxış zamanı onun içərisində  bir ədəd “ Revolver” tipli tapança, bir ədəd ov tüfəngi 23 gilizlə birlikdə,  iki ədəd əl qumbarası,  bir ədəd 4,5 mm-lik tapança,  680 ədəd müxtəlif silahlara məxsus güllələr,  bir ədəd gecəgörmə cihazı,  bir ədəd avtomat patron darağı,  bir ədəd idman tapançası 2 patron darağı ilə birlikdə və bir ədəd 9 mm-lik tapança darağı aşkar edilərək götürülmüşdür.

Faktla bağlı araşdırma aparılır.