Məşhur rus aktrisa Elina Bıstritskaya 91 yaşında vəfat edib.

Unikal.org xəbər verir ki, Bıstritskaya uzun davam edən xəstəlikdən sonra həyatını itirib.

Kiyevdə yəhudi ailəsində doğulan aktrisa kariyerasına 1950-ci illərdə teatrda başlayıb. 

SSRİ, Rusiya, Azərbaycan və Gürcüstanın Xalq artisti statusuna sahib Elina Bıstritskaya "Sakit don", "Könüllülər", "Nikolay Bauman" kimi ekran əsərlərindəki çıxışı ilə məşhur idi.