"Həmin fotoları yayanlar diqqəti özlərinə cəlb etmək istəyirlər. Əslində, hüquqşünas olduğunu iddia edən bu adam İçərişəhərin qaydalarından xəbərsizdir".

Unikal.org xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Aparat rəhbəri Riad Qasımov bu gün keçirilən mətbuat konfransında deyib.

O, fotoları yayan hüquqşünas Aslan İsmayılovun qeyri-obyektiv olduğunu bildirib: "Mən də hüquqşünasam. Görünür, onun hüquqdan xəbəri yoxdur. Buradan üzümü həmin hüquqşünasa tutub demək istəyirəm ki, İçərişəhərin bufer zonasının qaydaları ilə tanış olsun".