Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı və Xətai rayonlarında ayrı-ayrı ünvanlarda biri azyaşlı olmaqla 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Unikal.org  FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.