İmişlidə sil-silə oğurluqlar törədən cinayətkar qrup saxlanılıb.

Unikal.org xəbər verir ki, beş nəfərdən ibarət dəstə rayonun müxətlif ünvanlarında sakinlərə məxsus qızıl zinət , həmçinin iri və xırda buynuzlu heyvan oğurlayıb.

Belə ki rayonun Məzrəli sakini Şahbazlı Sürət Ələmşah oğlu polis şöbəsinə müraciət edərək evindən 12250 manat dəyərində qızıl 130 manatlıq isə dəmir pulların oğurlandığını bidlrib.Müraciət əsasında aparılan cinayət axtarış işlər zamanı hadisəni törədən şəxlsər müəyyən edilib.

Məlum olub ki hadisəni İmişli rayon sakinləri İsmayılzadə İsmayıl Yaşar oğlu və Əliyev Azər Bəxtiyar oğlu əlbir olaraq törədiblər.Həmçinin istinqatın gedişi zamanı qrupun digər üzvləridə müəyyən edilib və dəstənin müxətlif ünvanlarda törətdiyi oğurluqların üstü açılıb.Belə ki dəstə üzvlərindən Sadıqov Elşən Ramiz oğlu, Əliyev Azər Bəxtiyar oğlu və Fazilov Mirağa Mənsim oğlu martın 18-də gecə saatlarında İmişli şəhər sakini Mustafayeva Qutais Qiyas qızına məxsus həyət evinin saxlanc yerinə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 1100 manat olan beş xırda buynuzlu heyvan oğrulayıb.

Bundan başqa qrup üzvlərindən Sadıqov Elşən Ramiz oğlu Əliyev Azər Bəxtiyar oğlu və İsmayılov Xəyyam Arif oğlu qabaqcadan əlbir olub mart ayının 26-da Məzrəli kənd sakini Ağayev Bəhruz Qurban oğlunun fərdi yaşayış evininin həyətindəki tövlədən bazar qiyməti 550 manat olan 4 baş qoyun oğurlayıb.Bununlada kifayətlənməyən dəstə üzvləri Sadıqov Elşən Ramiz oğlu, Əliyev Azər Bəxtiyar oğlu və İsmayılov Xəyyam Arif oğlu rayonun Soltanmuradlı kəndi sakini Süleymanova Nəzakət Hacıağa qızına məxsus həyətdəki tövlədən dəyəri 700 mnat olan bir baş dana oğurlayıb. Saxlanılan şəxslər əməllərini etiraf edib və əməllərindən peşman olduqlarını bildirib. Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 , 177.2.2 , 177.2.3 madəlləri üzrə istintaq işi davam etdirilir.