"Aydın Xırdalanlının vəziyyətini görəndə, deyirdim ki, çox çəkməyəcək. Dəfn mərasimində Bakıda olmamışdım. Hamı qınayırdı ki, getməyib".

Unikal.org-un məlumatına görə, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Səhər-səhər" verilişində deyib. İfaçı həmkarı Aydın Xırdalanlının yas mərasimindən görüntü paylaşdığı üçün onu qınayanlara cavab verib:

"Bir ilin içində dörd yaxınımı itirdim, heç kim bilmədi. Nənəm, babam, bibim, əmim, xalam... Heç birini İnstaqramda paylaşmadım, toyumu da 1 il təxirə salmışdım. Aydının dəfninə getmədiyim üçün qınayırdılar. Mən də yasdan video qoydum ki, getmişəm. Guya yasa getməyin nə mənası var? Onsuz insan dünyasını dəyişib, getdi. Böyük sənətkar idi".