Neftçalada ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org  xəbər verir ki, hadisə rayonun Sübh adasında, Xəzər dənizi yaxınlığında qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü, Qırmızı Şəfəq kənd sakini, 1971-ci il təvəllüdlü Ələkbərov Vüqar Əliabbas oğlu nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Hadisə zamanı sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.