Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.

Belə ki, sürücü 22 yaşlı Şəhriyar Quliyevin idarə etdiyi "Ford" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və nəticədə avtomobil aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.