Türkiyə milli komandasının və "Qalatasaray"ın sabiq futbolçusu Ümit Karan tutulub. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki,o, yaşadığı binada işləyən qadına qadına sözlə sataşmaq və təcavüzə cəhdə görə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. 

Ancaq keçmiş futbolçu haqqındakı ittihamları qəbul etmir. Hadisənin 2015-ci ildə baş verdiyi, lakin dəlil çatışmazlığına görə bəraət aldığı bildirilib.

Keçmiş futbolçu Karan yeni ifadəsində əvvəl dediklərini təsdiqləyib:

"Hadisənin üzərindən çox zaman keçib. Mən həyatı boyu heç kimə qarşı səhv etmədim. Deyilənlər doğru deyil". 

Qeyd edək ki, Ümit Karan 2001 - 2009-cu illərdə "Qalatasaray"da çıxış edib. O, 3 dəfə Türkiyə çempionatının qalibi olub. Karan 10 matçda Türkiyə millisinin formasını geyinib.