Rusiyada səfərdə olan Şimali Koreya lideri Kim Jong-Un ölkəsinə geri dönüb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Putinlə görüşdükdən sonra ölkəsinə geri dönənən Kim Jong-Un dünən axşam Pxenyana çatıb. Qatardan yorğun halda düşən Kim Jong-Un u xalq ağlayaraq, qışqıraraq qarşılayıb. 

Onun ilk Rusiya səfərindən geri döndüyü zaman, təntənəli qarşılanma mərasimi keçirilib. Kimin ölkəyə geri qayıtması KRT dövlət televiziyası kanalı ilə yayımlanıb. 

Aparıcı isə onu dünyanın ən xeyirxah, işgüzar rəhbəri kimi təqdim edir, güya bütün dünyada ona  hörmət və sayqı göstərirlər.