2019-cu ilin ilk rübü ilə bağlı Azərbaycan bankları tərəfindən verilən hesabatlara nəzər salsaq Günay Bank ASC-nin fəaliyyətində müsbət tendensiya müşahidə etmək olar.

Bankın mətbuat xidmətindən Unikal.org-un məlumata görə, cari ilin birinci rübü ərzində bank 391 000 manat mənfəət əldə etmişdir.

Bank böyüməkdə davam etmiş, nəticədə ilin əvvəlinə nisbətən Bankın ümumi aktivlərinin sayı 12 530 min manat artaraq 203 731 min manata çatıb.