Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşü baş tutacaq.

Unikal.org xəbər verir ki, "Tottenhem" "Ayaks"ı qəbul edəcək. Sürprizə imza ataraq 1/4 finalda müvafiq olaraq "Mançester Siti" və "Yuventus" kimi favoritləri mübarizədən kənarlaşdıran komandaların oyunu maraqla gözlənilir.

Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Çempionlar Liqası- Yarımfinal (ilk görüş)

23:00. "Tottenhem" (İngiltərə) - "Ayaks" (Hollandiya)

Baş hakim: Antonio Mateu Laos (İspaniya)

"Tottenhem Stedium", London