Şou-biznesin məşhur cütlüyü prodüser Anar və Elnurə Mədətovlar ayrılıb. 

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki,  bir müddətdir ayrı yaşayan cütlük boşanma ərizəsini də məhkəməyə təqdim edib. Maraqlı məqam isə odur ki, Anar hələ rəsmi boşanma olmamışdan əvvəl evlənməyə hazırlaşır. 

A.Mədətov uzun müddətdir Samirə adlı xanımla sevgilidir. Prodüser vizajist sevgilisi ilə toy etməyə hazırlaşır. Hətta ötən gün onların xına mərasimi də baş tutub. 

Elnurə və Anarın ayrılması övladlarını da sarsıdıb. Keçmiş cütlüyün futbolçu oğlu Mahir Mədətov buna görə atası ilə danışmır. O, hətta boşandıqdan sonra atasının soyadından imtina edib, anasının soyadına keçməyi istəyir. Mahir artıq İnstaqramda da soyadını dəyişərək "Mahir Əmrəli" edib.

Qeyd edək ki, Elnurə də əvvəl prodüser kimi fəaliyyət göstərirdi. Hazırda isə o, məşhur mağazalardan birinin rəhbəridir. Onların Mahirdən başqa, bir qız övladı da var.

Anar Mədətov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, şəxsi həyatının gündəmə gətirilməsini istəmir:

“Həyatdır, hər şey ola bilər. Heç kəs insanın şəxsi həyatına qarışa bilməz. Düzdür? Sayt məlumatı yayıb, mən də vəkilə müraciət edəcəm. Ailə məsələsidir. Kiminsə övladını ac qoymuşam, kiminsə arvadına sataşmışam, pislik etmişəm? Bu mənim həyatımdır, özüm bilərəm”.

 O, hətta hesabında ailəsindəki son vəziyyətlə bağlı aforizm paylaşıb: “Bir atanın uşaqlarına edəcəyi ən böyük yaxşılıq onların analarını sevməyidir”. 

Bundan əlavə, futbolçu atası ilə fotolarını da instaqram səhifəsindən silib.