Portuqaliya çempionatında “Çaves” - “Nasional” arasında keçirilən oyunda futbol meydanlarında rast gəlinməyən hadisə baş verib. 
 
Unikal.org
 xəbər verir ki, 56-cı dəqiqədə baş hakim Luiş Qodino yan hakimin işarəsindən sonra gözlənilmədən oyunu dayandırıb. Sonra laysman Jorje Krus bayrağını meydançaya ataraq, paltardəyişmə otağına tərəf qaçıb. Baş hakim gülərək komanda üzvlərinə məsələni izah edib. O laynsmanın tualetə getdiyi üçün oyunu saxlamağa məcbur olduğunu bildirib. 

Qeyd edək ki, oyun 2 dəqiqəlik fasilədən sonra davam etdirilib.