Çempionlar Liqasında yarımfinal mərhələsi keçirilib.

Unikal.org xəbər verir ki, ilk qarşılaşma baş tutduğu Londonda keçirilib. "Tottenhem" doğma meydanda Hollandiya "Ayaks"ına məğlub olub.  

1/4 finalda İngiltərənin digər təmsilçisi "Mançester Siti"ni "önündən silən" londonlular, "Yuventus"u yarımfinala həsrət qoyan amsterdamlılarla bacarmayıb. Qitənin ən nüfuzlu klub turnirində fırtına kimi əsən Hollandiya təmsilçisi İngiltərənin paytaxtında tək qolla qalib gəlib. 

Komandaların cavab dueli mayın 8-də baştutacaq. 

30 aprel
Tottenhem (İngiltərə) - Ayaks (Hollandiya) 0:1
Qol: Van de Bik, 15
Baş hakim: Antonio Mateo Laos (İspaniya).
London. "Tottenhem” stadionu.