Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu baş tutacaq. 

Unikal.org xəbər verir ki,  turnirin son finalçısı "Liverpul" səfərdə "Barselona"nın qonağı olacaq. Ardıcıl ikinci mövsümdə ÇL-in həlledici oyununa vəsiqə qazanmaq istəyən mersisaydlılar "Nou Kamp"da sərfəli nəticə qazanmağa çalışacaqlar.  

Çempionlar Liqasında erkən final kimi dəyərləndirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinalın digər matçında "Ayaks" səfərdə "Tottenhem"i 1:0 hesabı ilə məğlub edib.

23:00. "Barselona" - "Liverpul"