Serdar Ortaçı qumar oynadığı üçün tənqid edən Hande Yenerin qumar oynarkən görüntüləri ortaya çıxıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, S.Ortaç bir müddət öncə albom çıxarmaması səbəbi haqqında danışarkən “Aranjmançılar iki avtomobilin pulunu istəyir, artıq albom çıxarmayacağam” demişdi. 

Hande Yener isə Ortaçın bu açıqlamasına cavab olaraq  "Serdar pulu qumarda xərcləməyi sevir, musiqiçilərə xəsislik etməsin lütfən..." deyə tənqid etmişdi. 

Bu açıqlamadan sonra müğnnilərin dostluq münasibətləri pozulub. 

Hande Yener qınadığı işlə özü məşğul olub. Belə ki, Yener dünən axşam Kiprdə qumar oynarkən kameraların obyektivinə tuş gəlib.