20 May 2019
Bakıda Avropalı nüfuzlu alimlərin iştirakı ilə Yaz Məktəbi davam edir
Bakıda Avropalı nüfuzlu alimlərin iştirakı ilə Yaz Məktəbi davam edir REPORTAJ 15:13 2019-05-01

Qərbi Kaspi Universitetində Almaniya və Danimarkadan olan tədqiqatçıların iştirakı ilə Bio-Riyaziyyat Yaz Məktəbi təşkil edilib. 

Unikal.org xəbər verir ki, tədbirin açlışında çıxış edən Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseynqulu Bağırov Yaz Məktəbinin həsr olunduğu istiqamətin əhəmiyyəti, elmlərin konvergensiyası, elmə bötöv yanaşmanın, elmlərarası əlaqələrin yeni nəticələr və kəşflərə yol aça biləcəyini diqqətə çatdırıb, dünyaca nüfuzlu alimlərin iştirakı ilə keçirilən Yaz Məktəbinin tədqiqatçılar, eləcə də tələbələr üçün yaddaqalan və əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Qərbi Kaspi Universitetinin rektoru, professor Andris Leitas universitetin son illərdə təhsilin keyfiyyətinin artırılması və modernləşdirilməsi, eləcə də mövcud intellektual bazanın elmi tədqiqata yönəldilməsi istiqamətində səylə çalışdığını qeyd edib.

Yaz Məktəbində Danimarka Texniki Universiteti Tətbiqi Riyaziyyat və Kompüter Elmləri Kafedrasının professoru Mads Peter Soensen və Almaniyanın Mübahisələrin həlli Mərkəzinin professoru Florian Ruppun mühazirələri dinlənilib, mövzular ətrafında fikir mübadilələri aparılıb. 

Mühazirələrdə “Biologiya və əczaçılıq sənayesində riyazi modelləşdirmə:  Qanın laxtalanmasının mərhələsi”, “Biologiya və əczaçılıq sənayesində riyazi modelləşdirmə: Aktiv İnsulin istehsal edən Beta-hüceyrələr”, Selikli canlıların həyatının modelləşdirilmiş və təhlil edilmiş formulu” mövzuları nəzərdən keçirilib.
Mayın 2-də də qonaq professorların mühazirələri davam edəcək. Günün ikinci yarısında isə Yaz Məktəbi Forumla işini yekunlaşdıracaq.  


  • Bakıda Avropalı nüfuzlu alimlərin iştirakı ilə Yaz Məktəbi davam edir
  • Bakıda Avropalı nüfuzlu alimlərin iştirakı ilə Yaz Məktəbi davam edir