13 illik əri Elçin Nəcəfovun ("Yetim") müğənni Aysel Əlizadə ilə eşq yaşadığını iddia edən Turanə Nəcəfova "Səni axtarıram"da verdiyi açıqlamalarla hər kəsi qəhərləndirib.

Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, Turanə Elçinin ondan qaçırdığı qızı ilə təsadüfən rastlaşdığını deyib:

"Getdim məkətəbə, dedim, qızım Mədinəni məktəbə düzəldirik. Məktəb rəhbərliyi razılaşdı. Təsadüfən həyətdə o biri qızımla da qarşılaşdım. Bacısını da gördü. Qaçıb qucaqlaşdılar, ağlayırdı. O an çox pis vəziyyətdə qaldım. Dedi "Əlbəttə, düzələ bilər". Sonra mən evə gəldim. Axşam 6-ya qalmış mənə zəng gəldi. Dedilər ki, "Xanım, biz dünən danışdıq. Üzrlü sayın, ata bundan xəbər tutub. Ata razı deyil. Dedi ki, "Mən heç bir təhsil xərclərini ödəməyəcəm. İki bacının bir məktəbdə oxumağını istəmirəm. Birdən götürərsiniz, qəbul etməyin. Mən onun xərcini ödəməyəcəm"".

"Elçin müqavilədə üzərinə öhdəlik götürüb ki, "Sən kirayədə qaldığın müddətdə bütün xərci ödəyəcəm. 650 manata kirayədə qalır, 500 manatın ödəyir. 150 manatını isə Turanə alimentdən götürüb qoyur kirayə pulunun üstünə, verir kirayəyə, bəs sonra? Üzərinə öhdəlik götürmüşdü ki, uşağı oxut, oxuma xərclərini verəcəm. Aparıb qoyur həmin bacısı oxuduğu məktəbə, deyir "qoyma bura". İndi biz onu düzəldirik o məkətəbə, o biri qızı çıxardır ki, bacı bacını görməsin. Belə şey olar?"

Qeyd edək ki, Turanə 2017-ci ildə məhkəmə qətnaməsindəki "İki azyaşlı qızlar anasında qalsın" qərarından sonra Elçinin böyük qızı Zeynəbi ondan aldığını bildirib. Məhkəmə övladların anada qalmasına qərar versə də, Turanə açıqlamasında "2018-ci ildə yoldaşımın bütün maşınlarına, əmlakına həbs qoyuldu. Vəkilim dedi "Qarşı tərəf razılığa gəlir. Sizlə barışıq sazişi bağlamaq istəyir. Bu şərtlə saziş bağlayır ki, sizi hələlik kirayə evlə təmin edəcək. Mən sazişə imza atdım" deyib.

Turanə sözügedən proqramın ötən buraxılışlarından birində böyük qızının 2 ildən çoxdur ondan gizlədildiyini demişdi.

Məlumat üçün bildirək ki, cütlüyün iki qız övladı var.