Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Unikal.org xəbər verir ki, Almaniya “Ayntraxt”ı İngiltərənin “Çelsi” klubunu qəbul edəcək. “Ayntraxt” 1/4 finalda “Benfika”nı, “Çelsi” isə “Slaviya”nı mübarizədən kənarlaşdırıb.

Günün digər qarşılaşmasında “Arsenal” Londonda “Valensiya”nı sınağa çəkəcək. “Topçular” bundan əvvəlki mərhələdə “Napoli”ni hər iki oyunda məğlub edərək, mübarizədən kənarlaşdırıb. “Valensiya” isə “Vilyarreal” səddini aşıb.

Komandalar arasındakı cavab matçları mayın 9-da olacaq.

Avropa Liqasının final oyunu mayın 29-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa Liqası, yarımfinal, ilk oyunlar

2 may

23:00. Ayntraxt (Almaniya) – Çelsi (İngiltərə)
Baş hakim:
 Karlos del Serro (İspaniya)

23:00. Arsenal (İngiltərə) – Valensiya (İspaniya)
Baş hakim:
 Kleman Tyürpen