Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində “Toyota Land Cruiser" markalı avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 12 maşına ciddi  ziyan vurub.

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda “Toyota Land Cruiser" markalı avtomobilin vurduğu maşınlar hadisə yerindən aparılmayıb.

Sakinlərin verdiyi məlumata görə, hazırda polis tərəfindən saxlanılan “Toyota Land Cruiser​​​​​​​"in sürücüsü həmin binada kirayə qalır. Avtomobil özünə məxsus olmayıb. Sürücü qəzanı törədərkən sərxoş vəziyyıtdə olub.

Faktla bağlı araşdırma aparılır.

Amid Əyyuboğlu