"Fransa gözəli" gözəllik müsabiqəsinin iştirakçısı 22 yaşlı Morqan Rollan traktorun altnda qalaraq ölüb. Hadisə Voşet şəhərinin Luara adlanan ərazisində baş verib.

Unikal.org xəbər verir ki, faciə qız velosipedlə gedən zaman baş verib. Anidən onun yoluna avtomobil çıxıb, qız avtomobildən yayınsa da, idarəetməni itirib.

Yerli mətbuatın məlumatına görə, onun velosipedi traktorla onun qoşqusunun arasına düşüb.

Hadisənin şahidi olan gənc oğlana və traktorun sürücüsünə psixoloji yardım göstərilib. Çünki onlar bu hadisədən şoka düşüblər.

Morqan Rollanın cəsədi helikopterlə daşınıb.