Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon sohbətinin detalları barədə rusiyalı həmkarı Vladimir Putinə məlumat verib.

Unikal.org xəbər verir ki, Ərdoğan Trampla söhbəti əsnasında S-400 zenit-raket komplekslərinin müzakirə edildiyini bildirib.

Türkiyəli lider rusiyalı həmkarına bildirib ki, Tramp əslində bu komplekslərin yoxlanılması üçün NATO ekspertlərindən ibarət komissiyanın yaradılmasına etiraz etmir, lakin ABŞ Konqresi bunun əleyhinədir.

Qeyd edək ki, daha öncə Rusiyanın S-400 zenit raket komplekslərini Türkiyəyə iki partiyada çatdıracağı bildirilmişdi. İlk partiyanın bu ilin iyun, növbəti partiyanın isə iyulda baş tutacağı qeyd edilir.