Məşhur futbolçu Ryan Donk ötən gecə Hollandiyalı oyunçu dostu Ryan Babelin həyat yoldaşıyla səmimi şəkildə görülüb.  

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Ryan Donkun  dostunun həyat yoldaşıyla birlikdə əyləncə mekanlarının birində qucaqlaşmış şəkildə əylənib.
İddiaya görə, məkandan çıxarkən jurnalistlərin onları gözlədiyini öyrənən 33 yaşlı futbolçu görüntülənməmək üçün arxa qapıdan qaçıb. 

Məkandan VIP avtomobildə uzaqlaşan Donk və  Babelin həyat yoldaşı Leventdəki binalrdan birinə girib. Cütlüyün görüntülənməməsi üçün bina gözətçiləri araya girib. 

İndi hər kəs Babelin 3 uşağının anası və dostu haqqında hansı reaksiyanı verəcəyi maraqla gözləyir.