Uruqvayın keçmiş gözəllik kraliçalarından Fatimih Davila Sosa Meksikada qaldığı otel otaqlarının birində asılı vəziyyətdə tapılıb. Belə ki, 23 apreldə Meksikanın paytaxtı Mexokoya iş və tətil üçün gedən gənc maniken qaldığı otelin tualetində ölü tapılıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ölkəsini 2006-ci ildə  Kainat Gözəllik Yarışmasında və 2008-ci ildə Dünya Gözəllik Yarışmasında təmsil edən Davilanın ölümünün səbəbləri ilə bağlı istintaq aparılır. 

Fatimihin ölümünün səbəbinin intihar ya da cinayət olduğu araşdırılır.  

Bildirilir ki, bu şəhərdə yaşayan biri ona yardım edib və bu oteldə qalması üçün köməklik göstərib.