Səudiyyə Ərəbistanda bir neçə şəhər çəyirtkələrin işğalına məruz qalıb.

Unikal.org xəbər verir ki, bundan əvvəl Eritreya, Sudan və Misiri işğal edən çəyirtkələr Qırmızı dəniz üzərindən Səudiyyə Ərəbistan şəhərlərini işğal edib.

Artıq mütəxəssislər çəyirtkə işğalına məruz qalan bölgələrə müdaxiləyə hazır vəziyyətdədir. Həmçinin təsərrüfat sahiblərinə kənd təsərrüfatı məhsullarının zərər görəcəyi ilə bağlı xəbərdarlıq edilib.