Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində yaxın məsafəli raket buraxıb.

Unikal.org-un məlumatına görə, bunu Koreya Respublikasının Baş Qərargah Rəislərinin Birləşmiş Komitəsi (BQRBK) bildirib.

Məlumata əsasən, raket Vansan şəhəri tərəfindən yerli vaxtla 09:06-da buraxılıb.

Bu arada Yaponiya baş naziri Şinzo Abe, Şimali Koreya lideri Kim Jong Un ilə iki ölkə arasındakı uzun müddətli baş verən gərginliyin aradan qaldırılması üçün şərtsiz olaraq müzakirələrin aparılması üçün görüşmək istədiyini bəyan edib.