Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin olunub.

Unikal.org Trend-ə istinadən xəbər verir ki,  dövlət başçısının digər sərəncamı ilə X.Xələfova Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.

Qeyd edək ki, X.Xələfov 2018-ci ildə Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilərək Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.