Azərbaycanın bir sıra yerlərində yanğın hadisəsi olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 40 m² olan dəmir konstruksiyalardan ibarət köşk yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İmişli rayonunun Qaradonlu kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və qamışdan ibarət tavanı 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Göyçay rayonunda "CAT-324D L" markalı traktorun yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.