ABŞ-ın Ceksonvill şəhərində "Boeing 737" tipli sərnişin təyyarəsi çaya düşüb.

Unikal.org ABŞ KİV-nə istinadən xəbər verir ki, bu barədə şəhər meri Lenni Karri bildirib. Mer həmçinin əlavə edib ki, təyyarədə olanların hamısı sağdır.

"WJXT-TV" telekanalının məlumatına görə, "Boeing 737"nin göyərtəsində 142 nəfər olub. Laynerin uçuş-eniş zolağında sürüşdüyü və çaya düşdüyü bildirilir.

Ceksonvill şerifinin məlumatına görə, təyyarə dayaz yerdədir. O, hadisə nəticəsində batmayıb.