Türkiyədə arvad ərinin qulağını təmizləyərkən üzünü spirtlə yandırıb.

Unikal.org Türkiyə mətbuatına istinadən hadisənin təfərrüatını əldə edib. Belə ki, Bursada 65 yaşındakı Emine A. adlı qadın 76 yaşlı iflic həyat yoldaşı Əhməd A-nın qulağına spirt sürtüb və bundan sonra alışqandan istifadə edib. Bu zaman kişinin qulaqlarından çıxan alov onun saç və üz nahiyəsini yandırıb. Kişinin baş nahiyəsində yanğını söndürə bilməyən arvad təcili yanğınsöndürənləri və təcili yardımı hadisə yerinə çağırıb. 

Üzündən 80 faiz yanıq xəsarəti alan ər təcili xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub. Amma buna baxmayaraq kişinin üz hissəsinin 80 faizi yanıb.