Xəzər rayonunda ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli, səkkizotaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a bildiriblər ki, hadisə nəticəsində evin ikinci mərtəbəsində üç otaq 60 kvadratmetr sahədə və dam örtüyü 150 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.