Salyanda məsciddə oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 2-də Dayıkənd kənd məscidinin nəzir qutusundan pul oğurlamaqda, habelə 2 ədəd nəzarət kamerasını və sərinkeşi sındırmaqda şübhəli bilinən kənd sakini M.Abbasov saxlanılıb.