Azərbaycanda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Ceyhun Abbasovun ətrafında DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu ilin fevral-aprel aylarında rayon ərazisindəki 4 avtomobildən pul və tütün məmulatı oğurlaması da müəyyən edilib.

Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 2-də şəhər ərazisində 3 ədəd “Shacman” markalı avtomobildən akkumulyatorları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri S.Günəşov və əvvəllər məhkum olunmuş P.Məmmədov saxlanılıblar. 

Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən mayın 1-də “Nissan” markalı  avtomobildən videoqeydiyyat qurğusu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb.