“Falcon 9” raket daşıyıcısı Beynəlxalq Kosmik Stansiya (BKS) üçün yük daşıyan “Dragon” kosmik gəmisini orbitə buraxıb.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, “Dragon” gəmisi bazar ertəsi Beynəlxalq Kosmik Stansiya çatacaq.

Qeyd edək ki, “Falcon 9” bu gün səhər saatlarında Florida ştatında Kanaveral kosmodromundan uğurla buraxılıb.